Xəmir üçün:
3 st un, 100 q kərə yağı, 1 ədəd yumurta, 1 st süd, 1 paket tez maya, 1 ç.q duz
Üz üçün: 1 ədəd yumurta
İçlik üçün:Kartof əzməsi ya bişmiş qiymə ya da ağ pendir
Hazırlanması:
Unu ələyib dərin qaba tökürük. Üstünə mayanı və duzu əlavə edib qarışdırırıq. Unun üstünə yumurtanı əlavə edirik.
Süd ilə yağı bir qaba töküb ilıq isidirik. Süd ilə yağ qarışığını una əlavə edib qarışdırırıq.
Sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.
Xəmiri isti yerdə 1 saat saxlayırıq acıyır.
Xəmir hazır olanda 30 ədəd balaca kündədüzəldirik.
Bir kündəni götürüb 0,5 sm qalınlıqda yayırıq. İçlikdən 1 ç.q qoyub iki qatlayırıq. Uçlarını birləşdiririk.
Bu şəkildə bütün kündələri hazırlayırıq.
Qaba gül formasında yığırıq.
Üzünü selofan ilə örtürük 30 dəqiqə saxlayırıq.
Sonra üzünə yumurta çəkib bişməyə qoyuruq.
210 dərəcə qızdırılmış sobada tam qızaranadək bişiririk.
Süfrəyə isti ya da soyuq halda verə bilərsiniz.
Nuş olsun!
kartoflu borek, kartoflu borek nece hazirlanir