Ərzaqlar:
12-13 ədəd orta ölçülü kartof
2 ədəd yumurta
3 x.q un
Duz
Istiot
Üstü üçün:
Əlavə un
Qızartmaq üçün:
Duru yağ
Hazırlanması:
Kartofun qabığını soyub yuduqdan sonra üstünə su töküb bişməyə qoyuruq. Az duz səpirik.
Kartof tam bişdikdən sonta sudan çıxarıb əzirik.
Üstünə duz, istiot, yumurta və un töküb yaxşı qarışdırırıq.
Tavada yağı töküb qızdırırıq.
Kartof əzməsindən əlimizə alıb kotlet formasında düzəldirik. Sonra onu unlayırıq.
Unlanmış kotletləri qızdırılmış yağıa qoyuruq.
Hər iki üzünü qızardırıq.
Bu şəkildə hamısını düzəldib bişiririk.
Nuş olsun!