Ərzaqlar:
2 st şəkər tozu
1 st süd
1 x.q kakao
1/2 st qoz ləpəsi
Hazırlanması:
Qozu bıçaqla doğrayırıq.
Qazana şəkər tozunu, südü və kakaonu əlavə edib qarışdırırıq.
Qazın üstünə qoyub qaynayanadək qarışdırırıq.
Qaynamağa başlayanda qozu tökürük.
Qarışdıra-qarışdıra bişiririk.
Tamam qatılamanda yəni qaşığı qaldırdıqda tökülən damçılar ağırlaşdıqda ocaqdan götürürük.
Götürən kimi düz qaba töküb yayırıq.
Tamam soyuduqdan sonra qənd qayçısı ilə doğrayırıq.
Hazır şirnini çay süfrəsinə verə bilərsiniz.
Nuş olsun!