Ərzaqlar:
5 ədəd yumurta
1 st şəkər tozu
2/3 s tun
1/3 st buğda nişastası
2 x.q kakao
1 paket qabartma tozu
Hazırlanması:
Yumurtanın ağını sarısından ayırıb ağını bərkiyənədək mikserlə çalırıq.
Sonra şəkər tozunu az-az əlavə edib çalırıq.
Yumurtanın sarılarını əlavə edib çalırıq.
Un, nişasta, kakao və qabartma tozunu bir qaba töküb qarışdırırıq. (Qarışığı ələkdən keçirsəniz daha yaxşı olar)
Qarışığı yumurta ağının üstünə az-az töküb taxta qaşıqla qarışdırırıq.
Qaba kağız sərib ya da yağlayıb unlayıb xəmiri tökürük.(qabın diametri 26 sm)
180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.
Soyuduqdan sonra biskviti iki yerə bölürük. Bölünmüş biskviti tortlarda istifadə edə bilərsiniz.
Nuş olsun!