Ərzaqlar:

1 paket (500 q) makaron

2 ədəd baş soğan

2 diş sarımsaq

1 x.q əridilmiş kərə yağı

5-6 x.q duru yağ

2 dəstə ispanaq

Duz

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.
Soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.

İspanağı təmizləyib yuyub xırda doğrayırıq.

Doğranmış ispanağı soğanın üstünə əlavə edib qovururuq.


Makaronu duzlu suda bişirib süzürük.
İspanaqlı qovurmanı makaronun üstünə töküb qarışdırırıq.

Qablara yığıb süfrəyə veririk. Yeməyin yanında qatıq qoyulur.

Nuş olsun!

Comments

comments