Ərzaqlar:
250-300 q bişmiş qoyun ətinin qiyməsi
150-200 q təmizlənmiş şabalıd
2 x.q əridilmiş kərə yağı
5 ədəd heyva
Çay qaşığının ucunda darçın
Duz
İstiot
1/2 st su
Hazırlanması:
Qiyməni hazırlamaq üçün soğan ilə çəkilmiş (300 q ətə 1ədəd baş soğan) qoyun ətini yağ əlavə edib qovururuq. Tam bişməsi üçün az su əlavə edib bişiririk. Suyu çəkilib yağa düşəndə darçın, duz və istiotunu töküb 5-10 dəqiqə qovurub götürürük.
Şabalıdı xırda doğrayıb qiyməyə qarışdırırıq.
Heyvaların üstünü təmizləyib yuyuruq. Heyvaların içini çıxarıb təmizləyirik.
Hazır qiyməni heyvanın içinə yığırıq.
Üstünə su və əridilmiş yağ əlavə edib vam odda 30-35 dəqiqə bişiririk.
Suyu çəkilib yağa düşəndə dolmamız hazırdı.Dolmanı süfrəyə verdikdə şirəsindən də üstünə töküb veririk. Zövqə görə üstünə darçın səpirik.
Nuş olsun!