Ərzaqlar:
10 ədəd balaca yuxa
4 ədəd yumurta
3 x.q mayonez
Duz
Qızartmağa bitki yağı
Zövqə görə göyərti də əlavə etmək olar.
Hazırlanması:
Yumurtanı suda bişiririk. Hazır olanda sürtgəcdən keçiririk. Duzlayırıq.
Yuxanı səririk. Əvvəlcə, yuxanın bir tərəfinə mayonez qoyub yayırıq.
Mayonezin üstünə 1 x.q yumurta tökürük.
Yuxanı bükürük.
Tavada, bitki yağında hər iki üzünü qızardırıq.
Nuş olsun!