Ərzaqlar:
25 ədəd üçkünc börək yuxası(1 paket)
1 st süd
1/2 st duru yağ
200 q ağ pendir
1 balaca dəstə cəfəri
1 ədəd yumurta
1x.q çörəkotu (zövqə görə tökməyə də bilərsiniz ya da küncüt tökə bilərsiniz)
Hazırlanması:
Cəfərini təmizləyib yuyub xırda doğrayıb pendir ilə qarışdırırıq.
Südü yağ ilə qarışdırırıq.
Yuxaları sərib yağ ilə süd qarışığı ilə isladırıq.Tez olması üçün bir neçəsini üst-üstə isladırıq.
Enli tərəfinə pendirdən qoyub şəkildəki kimi bükürük.
Bu şəkildə hamısını hazırlayıb soba qabına kağız sərib yığırıq.
Qalan süd ilə yağı üstünə çəkirik və üstünə tökürük.
Yumurta sürtürük.Çörəkotu səpirik.
200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.
Nuş olsun!