Ərzaqlar:

8 ədəd yağlı xəmir

250 q kəsmik

Qızartmağa zeytun yağı

2 dəstə göyərti (göy soğan, keşniş, şüyüd, nanə, cəfəri, ispanaq)

Duz

Hazırlanması:

Göyərtiləri təmizləyib yuyub doğrayırıq.

Kəsmik ilə göyərtini qarışdırırıq.

Xəmirin birini götürüb un səpib oxlov vasitəsi ilə nazik yayırıq.

Yaydığımız xəmirin bir tərəfinə göyərti ilə kəsmik qarışığından qoyuruq. Kəsmik duzlu olsa duz səpməyin. Düzsüz olsa onda üstünə duz səpib yuxanı örtüb yanlarını bərkidirik.

Bütük xəmirləri bu şəkildə düzəldirik.Sonra hamısını tavada hər iki üzünü qızardırıq.

Qızartdığımız kətələri isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments