
(3-4 nəfərlik)
Ərzaqlar:
Xəmir üçün:

2 st un
1 ədəd yumurta
1/2 ç.q duz
1/4 st ilıq su(təxminən)
Yuxaları yaymaq üçün əlavə un
İçlik üçün:

300-400 q hazır bişmiş qoyun ətinin qiyməsi.
(Ya da soğanla çəkilmiş bişməmiş qoyun əti)
Üstü üçün:
Sarımsaqlı qatıq
Əridilmiş kərə yağı
Hazırlanması:
Qiyməni hazırlamaq üçün bax: [url=http://resept.az/Qiymenin-hazirlanmasi-1632.html]Qiymənin hazırlanmsı[/url]
Xəmiri hazırlamaq üçün bütün ərzaqları qarışdırıb normal xəmir yoğururuq.


Xəmiri 2 hissəyə bölürük.

Kündələri 1 mm qalınlıqda yayırıq.

Stəkanın ağzı ilə diametri 5 sm olmaqla dairələr kəsirik.

Kəsdikdən sonra içinə qiymədən qoyuruq.

Hər birini aşağıdan yuxarıya doğru bükürük və baş hissəsini az deşik saxlayırıq. Bu qayda ilə hamısını düzəldirik.

4 l suya 2 ç.q duz töküb qaynadırıq. Hazır gürzələri bir-bir suya töküb qarışdırırıq.

5-10 dəqiqə qaynayandan sönra aşsüzəndən süzürük.

Qaba yığıb üstünə əridilmiş yağ və qalan qiyməni tökürük. Hazır gürzəni süfrəyə verərkən yanında zövqə görə sarımsaqlı qatıq qoyulur.

Qeyd: Bişməmiş ətdən bişirildikdə süfrəyə verəndə adi qaydada qaba yığılır üstünə yağ tökülür və yanında sarımsaqlı qatıq qoyulur.
Bəzi bölgələrimizdə isə bu yemək süfrəyə suyu ilə birlikdə verilir.

Nuş olsun!






























