Azərbaycanın milli xörəklərindən biridir.
Ərzaqlar:
Xəmir üçün:
4 st un
1/3 ç.q sarıkök (zövqə görə)
1 yumurta
1 ç.q duz
1 st + 1/4 st ilıq su
Yuxaları yaymaq üçün:
4-5 x.q un
İç üçün:
400 q quru pəhriz kəsmiyi
2 x.q duru alça turşusu (turşu əvəzinə 1 ədəd narın dənəsini götürə bilərsiniz)
Göyərti (2 dəstə keşiş,2 dəstə şüyüd,2 dəstə ispanaq, 1 dəstə göy soğan,1 dəstə nanə 2 zoğ sarımsaq)
(başqa göyərtilərdən də istifadə etmək olar: turşəng, kəvər, cincilim və s.)
Zövqə görə duz
Qutabın aralarına sürtmək və qızartaq üçün:
Quyruq
Kərə ya da bitki yağı
Üstü üçün:
Sumaq (zövqə görə)
Hazırlanması:
Unu bir qaba ələyib duzu və sarıkökü səpib ortasına yumurtanı sındırırıq.
Suyu əlavə edib qaşıqla qarışdırırıq.
Sonra əlimiz ilə normal xəmir yoğururuq.
Xəmiri balaca hissələrə bölüb kündəliyirik. Üstünə sellafan örtürük qurumasın.
İçliyi hazırlayırıq. Alça turşusu ilə kəsmiyi qarışdırırıq.
Göyərtiləri doğrayırıq.
Doğranmış göyərtini kəsmiyə əlavə edib duz səpib yaxşı qarışdırırıq.
Kündənin birini götürüb altına un səpib nazik yuxa yayırıq.
Yuxanın yarı hissəsinə içlikdən qoyub yayırıq.
Yuxanı iki qatlayırıq və yanlarını bərkidirik.
Qazın ya da odun üstündə qızmış sacın üzərinə qoyub hər iki tərəfini qızardırıq.
Bu şəkildə bütün qutabları hazırlayırıq. Hər bir qutabı bişirib yığanda aralarına kərə yağı vurun onda həm yumşaq həm də dadlı olur. Qutabları süfrəyə verərkən quyruq, kərə ya da bitki yağından az istifadə etməklə yenidən istidib veririk. Zövqə görə üstünə sumaq səpə bilərsiniz.
Nuş olsun!