Ərzaqlar:

2 ədəd təzə xiyar

1 ədəd kahı

3 ədəd yumurta

1 balaca banka göy noxud

2-3 x.q xama

Duz

Hazırlanması:

Yumurtanı suda bişirib soyuduqdan sonra təmizləyib xırda doğrayırıq.

Xiyarı yuyub qabığını soyub xırda kubik doğrayırıq.

Kahını tımızləyib yuyub əlimizlə xırdayılıyırıq.

Kahının üstünə yumurtanı, xiyarı, göy noxudu tökürük. Göy noxudu yuyub salata əlavə edirik. Duz töküb qarışdırırıq.

Xamanı da əlavə edib yaxşı qarışdırırıq.

Salatımız hazırdır.

Nuş olsun!

Comments

comments