
Ərzaqlar:

Gilas
Duz
Şəkər tozu
Su
Yapışdırıcı
Hazırlanması:
Gilasın saplağını təmizləyib yuyub bankalara yığırıq.

Hər bankaya məs: 1 kq bankaya 1 dolu çay qaşığı duz və 1/3 çay qaşığı şəkər tozu tökürük.
Üstünə 2 barmaq aşağı qaynar su tökürük. Suyu çox tökmürük ki, öz suyu çıxacaq.

Böyük qazana su töküb isidirik. Su isinən kimi bankaların içinə yığırıq. Aralarına bir-birinə dəyib çatlamasın deyə dəsmal qoyuruq.
15 dəq suda qaynadırıq.

Sudan çıxarıb ağzını qapaqla bərk bağlayıb yapışdırıcı ilə yapışdırırıq.

Ədyalın arasına qoyub bükürük.
Soyuyandan sonra götürürük.
Nuş olsun!





























