Evdar xanımlar üçün praktik bilgilər təqdim etməyə davam edirik.
Aldığınız ərzaqları elə saxlamalısınız ki, onlar xarab olmasın. Bunun üçün aşağıdakı üsullardan istifadə etməlisiniz.
Alma, armud kimi meyvələri soyuducuya yumadan qoymaq lazımdır. Eyni zamanda onları soyuducuya yerləşdirməmişdən əvvəl quru olmalarına mütləq diqqət etməliyik.
Xiyar ən tez zarab olan qidalardan biridir. Xiyarı da yumadan, quru bir şəkildə bir neçə dəlik açılmış kağız torbada soyuducuya yerləşdirmək lazımdır. Bazardan aldığımız xiyar yaş ola bilər, əvvəlcə onu stolun üstündə bir az gözlədib quruduğuna əmin olandan sonra soyuducuya qoymalıyıq. Belə olan vəziyyətdə xiyar xarab olmayacaq.
Kartof-soğan çöldə, sərin və kölgəli bir yerdə saxlanmalıdır.
Noxud, düyü, mərcimək kimi ərzaqları ağzı möhkəm bağlanan şüşə bankalarda,mətbəxin günəş görməyən bir yerində saxlamağa çalışın.