Seçdiyimiz divar kağızının rəngi ruhumuza təsir edir…

Dekoratorların fikrincə, hər rəngin uyğun gəldiyi mühit və verdiyi enerji  fərqlidir.[img=right]uploads/resept/201209_Ev-dekorasiyasi.jpg />

– İsti və şövqverici sarı rəng insanı daha dinamik və şən enerji verir. Uşaq otaqları üçün idealdır.

– Yaşıl rəng öz sabit təsiri ilə dinclik verir, qonaq otaqlarında üstünlük təşkil edir.

– Firuzəyi rəng əmələ gətirdiyi isti enerji ilə sakitləşdirir, mətbəxlərdə istifadə olunur .

– Solğun mavi rəng dinclik verməklə bərabər, yumşaqlıq, mülayimlik, təmizlik hissi oyadır.

– Bənövşəyi rəng insanın diqqətini toplamasına kömək etdiyi üçün, adətən iş otaqlarının əvəzolunmaz rənginə çevrilir.

– Qırmızı alovu, zərifliyi və istiliyi təmsil edir.

– Çəhrayı bahar mövsümünü və təmizliyi təmsil etdiyi üçün yataq otaqları üçün uyğundur.

– Ağ rəng sakitlik və saflıq ifadə edir, uşaq otaqlarında üstünlük təşkil edir.

Comments

comments