Evinizdə havanı təmizləmək üçün çoxlu bitkilər saxlayın. Evinizi bitkilərlə dekorasiya etsəniz, onlar sizə evinizdəki arzuolunmaz toksinlərdən (zəhərli maddələrdən) qurtulmağa kömək edəcək.

Çoxlarımız elə bilirik ki, evimizdəki hava təmizdir. Havada formaldehid, benzol və trixloretilen kimi bəzi kimyəvi maddələr mövcuddur. Mütəxəssislər bütün bu kimyəvi maddələrin birləşərək insanlarda allergik simptomlar əmələ gətirə biləcəyini bildirirlər.

Bəzi bitkilər bu kimi zərərli maddələri havadan soraraq udurlar. Yarpaqları havanı nəmləndirir, kökləri isə kimyəvi maddələri və virusları özünə çəkir. NASA-da aparılan bir araşdırma nəticəsində, Areka Palması bir otağın içindəki formaldehid maddəsini 4 saat içində təmizləyib.

Mütəxəssislər bu cür təmizləmə işini həyata keçirmək üçün otaqda ən az 3-4 bitki saxlamaq lazım olduğunu bildirirlər. Ayıdöşəyi (qıjı), yaşıl yarpaqlı bitkilət və palma növləri ən yaxşı hava təmizləyici bitkilər hesab olunur.

Comments

comments