Ərzaqlar:
500 q suda bişmiş xırda doğranmış qoyun əti (ya da mal əti)
3 ədəd baş soğan
4-5 dəstə göyərti (kəvər, keşniş, şüyüd, cəfəri, nanə, ispanaq)
4-5 ədəd alça turşusu
2 x.əridilmiş kərə yağı
Duz
İstiot
Hazırlanması:
Soğanı xırda doğrayıb duz töküb, yağda qovururuq.
Turşuları əlavə edirik.
Əti əlavə edib duz və istiot töküb 10-15 dəqiqə qovururuq.
Göyərtini doğrayıb tökürük.
Vam odda yağa düşənə qədər bişiririk.
Nuş olsun!