Ərzaqlar:

1 kq xırda doğranmış qoyun ya da mal əti

3 ədəd baş soğan

3-4 x.q əridilmiş kərə yağı

500 q təmizlənmiş şabalıd

2 ədəd nar dənəsi

Duz

Istiot

Zəfəran

Hazırlanması:

Zəfarıanın üstünə qaynar su töküb dəm almağa qoyuruq.

Narı dənələyirik.

Əti yuduqdan sonra hazır olanadək suda bişiririk. Ətin suyu qaynamağa başlayanda kəfini yığırıq. Duz əlavə edirik.Bişdikdə ocaqdan götürüb kənara qoyuruq.

Soğanın qabığını soyub yuyub dörd bölüb nazik doğrayırıq.

Doğranmış soğanın üstünə yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Soğan qovrulduqdan sonra əti suyundan çıxarıb soğanın üstünə töküb 5-10 dəqiqə yağda qovururuq.

Təmizlənmiş şabalıdı tökürük. Zövqə görə duz və istiotuna baxıb tökürük. Dəmlənmiş zəfəran suyunu yeməyə əlavə edirik.

Az ətin suyundan əlavə edib vam odda dəm almağa qoyuruq.

Suyu çəkilib yağa düşdükdə hazır olacaq. Narlı ət qovurması hazır olduqda dənələnmiş narı yeməyə əlavə edib isti-isti süfrəyə veririk.

Narlı ət qovurma süfrəyə tək ya da düyü ilə verilir.

Nuş olsun!

Comments

comments