Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:

1 l qatıq

2 st su

3 ədəd xiyar

2 ədəd yumurta

100 q bişmiş mal əti

1 balaca dəstə keşniş

1 balaca dəstə şüyüd

1 balaca dəstə göy soğan

Zövqə görə duz

Hazırlanması:

Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq.

Xiyarı yuyub qabığını soyub xırda kub şəklində doğrayırıq.

Qatığa su duz əlavə edib çalırıq.

Suda bərk bişmiş yumurtaları xırda kub şəklində doğrayırıq.

Duzlu suda bişmiş mal ətini xırda kub şəklində doğrayırıq.

Doğradığımız göyərtini, xiyarı, yumurtanı və əti qatığın üstünə  əlavə edib yaxşı qarışdırırıq.

Ətli doğramac süfrəyə kasalarda soyuq halda verilir.

Nuş olsun!

Comments

comments