
Ərzaqlar:

1 ədəd yuxanın əriştəsi
3 ədəd kartof
2 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
Ç.q ucunda sarıkök
Duz
Istiot
Su (ət ya da toyuq suyu)
Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Soğanın üstünə duz yağ və az su əlavə edib qızılı rəngdə olanadək qovururuq. Sonra sarıkökü əlavə edirik.

Kartofun qabığını soyub yuduqdan sonra 4 ya da 6 yerə uzununa bölürük.

Qovrulmuş soğanın üstünə qaynar su tökürük.

Su qaynamağa başlayanda kartofları əlavə edirik.

Yeməyin duzunu əlavə edirik. Kartof bişənə yağın əriştəni yeməyə əlavə edirik.

5-10 dəqiqə qaynadıqdan sonra yeməyin duzuna baxıb istiotunu da əlavə edirik. İstəsəniz yeməyə hazır bulyon əlavə edə bilərsiniz. Hazır kartoflu əriştəni isti-isti qaba yığıb süfrəyə veririk.

Nuş olsun!





























