1 fincanının 40 illik xətri varsa deməli qəhvə bir içəcək yox bir ənənədir. Özünəməxsus hazırlanma şəkli, heç dəyişməyən təqdimatı ilə Türk qəhvəsi isə bir söhbət səbəbi vəya sanki bir xoş razılaşmanın son möhrüdür.  Türk qəhvəsi bir qəhvə növü deyil, sadəcə bir qəhvə hazırlama şəklidir, qalığı (təlvəsi) ilə birlikdə təqdim olunan tək qəhvədir.  Sadə bir Türk qəhvəsində 50-dən çox dad çaları ola bilsə də, onu məxsusi edən ətrafında formalaşdırdığı o ənənədir, hansı ki, yüz illərdir heç dəyişmədən bu günə kimi gəlmişdir.  Gəlin bu qəhvə və formalaşdırdığı abu-hava haqqında bəzi məqamlara nəzər salaq:

  • Türk qəhvəsinin mənşəyi Yəməndir, 1543-cü ildə Yəmən valisi Özdəmir Paşa ona təqdim olunan bu içəcəyi çox bəyənir və İmperatorluğun mərkəzinə – İstanbula göndərir. Beləcə 16-ci yüzillikdə İstanbulda çiçəklənən bu qəhvə ənənəsi Osmanlıdakı xarici öklə nümayəndələri sayəsində tezliklə Avropaya yayılır.
  • Türk qəhvəsi daim su ilə servis edilir. Suyun burada öz rolu var, belə ki, qəhvəni içməzdən əvvəl içilən bir yudum su ağzı təmizlər və qəhvənin dadını daha yaxşı hiss etmənizə xidmət edər. Sonda içilən su isə ağızdakı qəhvə qalıqlarını təmizlər.
  • Qəhvənin yanındakı lokum isə rəsmi tamamlar. Belə ki, fincanın, su stekanının, sininin ahəngi lokumla tam olur. Həm də xüsüsən acı qəhvə içənlər üçün şirinlik olur.
  • Qəhvə elçilik məclislərində ayrı bir əhəmiyyətə sahibdir. Belə ki, yaxşı qəhvə dəmləmək və onu təqdim etməklə həm qızlar öz məharətlərini göstərirlər həm də qaynanalar ona görə qiymət verərlər. Ayrıca elçilikdə bəyin qəhvəsinə duz atmaq isə ayrı bir ədəbiyyatdır. Keçmişdə çox da seçim haqqına sahib olmayan qızlar elçilərinə qarşı fikirlərini bununla ifadə edərlərmiş. Belə ki, aşırı duz qızın könlünün bağlı olduğunu, qəhvənin orta duzlu olmağı razılıq, az duzlu olmağı isə könlünün elçi gələn oğlanda olduğu mənasına gələrmiş. Bu gün də bu qədər xırdalıqla olmasa da duzlu qəhvə elçiliyin əyləncəli bir adəti kimi davam etməkdədir.
  • Türk qəhvəsi UNESCO-nun qeyri maddi mədəni irsi elan edilmişdir və bu səbəbdən 5 Dekabr tarixi Dünya Türk Qəhvəsi günü olaraq qeyd edilir.

İndi isə gözəl bir türk qəhvəsi hazırlamağın resepti ilə tanış olaq:

1 fincan Türk qəhvəsi üçün, 1 fincan soyuq su, 2 çay qaşığı qəhvə və az şəkərli üçün 1 çay qaşığı, orta üçün 1 yarım və bol şəkərli üçün 2 çay qaşığı şəkər tozu istifadə edin.

Öncəliklə qəhvənizi qoxusuz, sərin və quru yerdə saxlamağa diqqət edin.

İstifadə etdiyiniz su soyuq olsun, kirəcsiz və xlorsuz olsun.

Qəhvə, şəkər və suyu cəzvəyə tökəndən sonra yaxşıca qarışdırın. Yaxşı qarışdırılmış qəhvə daha yumşaq olur.

Əvvəlcə bir az orta odda, sonra isə az odda bişirin. Qaynamağa başlayanda fincana tökün.

Fincana yavaş tökün ki, köpüyü itməsin.

Nuş olsun!!

Comments

comments