Ərzaqlar:

6 ədəd yumurtanın sarısı

1 st süd

1 st şəkər tozu

1 x.q un

1/2 paket vanil

200 q kərə yağı

Hazırlanması:

Əvvəlcə şəkər tozu ilə yumurta sarısını bərkiyənədək çalırıq.

Sonra unu və vanili əlavə edib yenə mikserlə çalırıq.

Südü əlavə edib yenə çalırıq.

Qarışığı qazın üstündə dayanmadan qarışdıraraq bişiririk.

Qaynamağa başlayanda 3-5 dəqiqə də qarışdırıb götürürük.

Kərə yağını ağaranadək mikserlə çalırıq. Yağı çalandan sonra bişən kütlə ilıq olanda yağın üstünə əlavə edib bərkiyənədək çalırıq.

Bişmiş kütlə soyuduqda az ilıq olduqda yağın üstünə əlavə edib, 5 dəqiqə kimi çalırıq. Kremimiz hazırdır.

Nuş olsun!

Comments

comments