Ərzaqlar:
1/2 st darı
2 ədəd baş soğan
1 x.q pomidor məti(tomat)
2 x.q əridilmiş kərə yağı
1 ç.q nanə qurusu
Duz
İstiot
5 st ət ya da toyuq suyu(bulyonu) ya da adi su
Hazırlanması:
Soğanın qabığını soyub yuyub xırda doğrayırıq.
Soğanın üstünə az su və duz töküb qoyuruq ocağa.Suyu çəkildikdə yağı əllavə edib qızılı rəngdə olanadək qovururuq.
Qovrulmuş soğanın üstünə pomidor mətini əlavə edib 1-2 dəqiqə qovurub ətin suyunu yeməyə əlavə edirik.
Su qaynamağa başlayanda darını yuyub yeməyə əlavə edirik.
Yeməyin kəfini yığıb duzunu və istiotunu zövqə görə tökürük.
Darı tam bişdikdə şorbamız hazır olacaq.
Hazır şorbanın üstünə quru nanə səpib isti-isti süfrəyə veririk.
Nuş olsun!