
Azərbaycanın milli xörəklərindən biridir.
Ərzaqlar:

1 st darı
4 st süd
2 st su
30 q kərə yağı
5 x.q şəkər tozu
Hazırlanması:
Darını təmizləyib yuyuruq.

Üstünə su, süd, şəkər tozu və yağı əlavə edib qazın üstündə bişməyə qoyuruq. Ara vermədən qarışdırırıq.

30-35 dəqiqəyə darı bişdikdə sıyıq hazır olacaq. Darı sıyığını süfrəyə verdikdə üstünə zövqə görə istəsəniz əlavə olaraq kərə yağı və şəkər tozu töküb yeyə bilərsiniz.

Nuş olsun!




























