Ərzaqlar:


200 q toyuğun döş əti
100 q qara gavalı
50 q kişmiş
50 q qoz ləpəsi
1 ədəd qırmızı çuğundur
2 ədəd kök
100 q holland pendiri
3 ədəd yumurta
1/2 ədəd baş söğam
1/2 ya 1 diş sarımsaq
Duz
Mayonez

Hazırlanması:

Toyuğun döş ətini duzlu suda bişiririk.Soyuduqdan sonra xırda doğrayırıq.

Qırmızı çuğundur, yumurta və kökü suda bişiririk.

Soyuduqdan sonra qabığını soyub təmizləyirik. Hər üçünü süzgəcin böyük gözündən keçiririk.



Kişmişi yumşaq olmasa qara gavalını da isti suda saxlayıb yuyub qurulayırıq. Qara gavalı yumşaq olsa eytiyac yoxdur.

Qara gavalını xırda doğrayırıq.

Qozu bıçaqla doğrayırıq.

Pendiri süzgəcin böyük gözündən keçiririk.

Soğanı təmizləyib yuyub xırda doğrayırıq. Sonra qaynar suda 10 dəqiqə saxlayıb sonra soyudub, qurulayırıq.


Sarımsağı əzib süzgəcdən keçirilmiş pendirlə qarışdırıb üstünə az duz səpib, mayonezlə qarışdırırıq.

Qara gavalını soğan ilə birgə qarışdırıb az duz səpib mayonezləyirik.

Qırmızı çuğunduru doğranmış qozla qarışdırıb az duz səpib mayonezləyirik.

Kökü kişmişlə bir qarışdırıb az duz səpib mayonezləyirik.

Toyuğun döş ətinin üstünə mayonez töküb qarışdırırıq.

Qab götürüb salatı aşağıdakı ardıcıllıqla yığırıq.
1-ci lay Toyuğun döş ətinin qarışığını tökürük.

2-ci lay qara gavalı ilə soğan qarışığını tökürük.

3-cü lay qırmızı çuğundur ilə qoz qarışığını tökürük.

4-cü lay kök ilə kişmiş qarışığını tökürük.

5-ci lay pendir ilə sarımsaq qarışığını tökürük.

6-cı lay yumurtanı töküb duz səpirik.

Üstünü zövqə görə bəzəyirik.

Nuş olsun!

Comments

comments