Ərzaqlar:

500 q ciyər

200 q piy

2 ədəd baş soğan

2 ədəd kök

4-5 ədəd kartof

1 x.q əridilmiş kərə yağı

Duz

Istiot

Hazırlanması:

Soğanı təmizləyib yuyub xırda doğrayırıq.

Kartof ilə kökü təmizləyib yuyub doğrayırıq.

Ciyəri və piyi yuduqdan sonra doğrayırıq.

Soğanın üstünə yağı əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Əvvəl piyi töküb 2-3 dəqiqə qovurub sonra ciyəri əlavə edib 5-6 dəqiqə qovururuq.

Kartof ilə kökü əlavə edib qarışdırırıq.

1 st su töküb hazır olana qədər bişiririk. Hazır olduqda yeməyin suyu çəkilib yağa düşəcək. Yağa düşdükdə 5 dəqiqə qovurub götürürük.
Hazır olmağa5-10 dəq qalmış duz və istiotunu tökürük.

Nuş olsun!

Comments

comments