Ərzaqlar:
500-800 q ciyər (2-3 tikə quyruq), 2 ədəd baş soğan, 1 ədəd yerkökü, 1 ədəd yumurta, 150 q kərə yağı, duz, istiot
Hazırlanması:
Ciyəri və piyi doğrayıb duz töküb suda bişiririk. Suyu çəkilib yağa düşəndə az qovurub götürürük.
Soğanı doğrayırıq yağ əlavə edib qızılı rəngdə olana qədər qızardırıq. (kərə yağının 50 q tökürük)
Yumurtanı suda bişiririk. Soyuyur sarısını götürürük
Yerkökünü də suda bişirib soyuyanda qabığını təmizləyirik.
Bütün ərzaqları ət maşınından iki dəfə keçiririk.
Qarışığa zövqə görə duz istiot səpib qarışdırırıq.
Kağız sərib qarışığı düzbucaqlı şəkildə kağızın üstünə yayırıq.
Qalan yumşalmış kərə yağını çiyərin üstünə nazik yayırıq.
Sonra rulon kimi bükürük
Paştet bir neçə saat soyuducuda saxladıqdan sonra halqa-halqa doğrayıb süfrəyə vərə bilərsiniz.
Nuş olsun!
paştet necə hazırlanır, ciyər paştetinin hazırlanması, paştetin hazırlanması