(Türk mətbəxi)

Ərzaqlar:

Xəmir üçün:

125 q kərə yağı

1/2 st süd

2 ədəd yumurta (1 ədəd sarısı üx üçün)

1/2 ç.q şəkər tozu

1/2 ç.q duz

1 paküt quru maya (10q)

3 st un

İç üçün:

200 q ağ pendir

Üz üçün:

1 ədəd yumurta sarısı

1 x.q çörəkotu və ya küncüt

Hazırlanması:

Yağı əridib südü ilıq qızdırırıq.Yağ ilıq olanda dərin bir qaba südü, yağı, duzu, şəkər tozunu, mayanı və yumurtanı əlavə edib qarışdırırıq.

Qarışığa ələnmiş undan az-az töküb yenə qarışdırırıq.

Sonra əlimiz ilə yumşaq xəmir yoğururuq.

Xəmiri isti yerdə 1,5-2 saat qoyuruq acıyır.

Xəmirdən balaca 20 ədəd kündə düzəldirik.

Kündənin birini götürüb əlimizlə 0,5 sm qalınlıqda yayırıq.

Ortasına içlik qoyub bükürük.


Bükülən tərəfi alta olmaqla yenidən yayırıq.

Bıçaqla səkkiz yerə bölürük.

Kəsdiyimiz dilimləri bir- bir şəkildəki kimi çeviririk.

Hamısını bu şəkildə hazırlayıb soba qabına kağız sərib yığırıq.

Üzünə yumurta sarısı çəkib çörəkotu ya da küncüt səpirik.

190-200 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Poğaçaları isti-isti ya da soyuq şəkildə çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments