Ərzaqlar:

2 kq cənnət alması
2 kq şəkər tozu
3 stəkan su

Hazırlanması:

Almanı təmizləyib yuyub çəngəl ilə 2-3 yerdən deşirik.

Çəngəllənmiş almaları qaralmasın deyə suya yığırıq. Hamısı qurtardıqdan sonra suyunu süzürük.

Mürəbbəni bişirəcəyimiz qaba şəkər tozu ilə suyu töküb əridirik.

Sonra süzülmüş cənnət almasını bura əlavə edib qarışdırırıq.

Qaynamağa başlayanda 3-5 dəqiqə qaynadıb kənara qoyuruq.

1 saat qalır.
Sonra yenidən normal odda qarışdıra-qarışdıra bişiririk. Kəfini yığırıq.
Suyu qatılaşmağa başlayanda götürürük. Qaşığı qaldıranda damcı ağırlaşıb bir damcı ikiyə keçmək istəyəndə götürürük.

Qabda tamam soyuduqdan sonra bankalara yığırıq.

Nuş olsun!

Comments

comments