Ərzaqlar:

500 q çəkilmiş qoyun əti

5 ədəd badımcan

200-300 q paxla

4 ədəd pomidor

1-2 ədəd şirin bibər

4 ədəd baş soğan

2 diş sarımsaq

2-3 x.q əridilmiş kərə yağı

Duz

Istiot

Hazırlanması:

Paxlanı təmizləyib yuyub doğrayırıq.

Badımcanı yuduqdan sonra qabığını soyub nazık uzun doğrayırıq.

Doğranmış badımcanın üstünə duz əlavə edib 10-15 dəqiqə saxlayırıq.

Sonra sıxıb acı suyunu çıxardıb yuyuruq.

Soğanın qabığını soyub yuduqdan sonra iki soğanı ət maşınından keçirib ətə qarışdırırıq.

Sarımsağı təmizləyib yuduqdan sonra xırda doğrayırıq. Qalan iki soğanı da iki bölüb doğrayırıq.

Bibəri yuyub halqa doğrayırıq. Pomidoru da yuyub qabığını soyub halqa doğrayırıq.

Əvvəlcə ət duz istiot töküb yaxşı qarışdırıb kotlet formasına salıb qazanın dibinə yığırıq.

Sonra doğranılmış paxlanı tökürük.

Onun üstünə soğan, sarımsaq, bibər və pomidor tökürük.

Doğranılmış badımcanı əlavə edirik.

Badımcanın üstünə yenidən soğan, sarımsaq, bibər və pomidor tökürük.

Yağ, duz, istiot və 1 st su əlavə edib yeməyi qazın üstünə bişməyə qoyuruq.

Yeməyin suyu çəkilib yağa düşəndə yeməyimiz hazır olacaq.

Nuş olsun!

Comments

comments