Ərzaqlar:

1 kq sümüklü yağlı qoyun əti

2 ədəd pomidor

2 ədəd baş soğan

1 ədəd şirin bibər

1 ədəd acı bibər(zövqə görə)

1 ədəd heyva

4-5 albuxara(alça)

Yarım dəstə cəfəri

1 ç.q kəklikotu

0,5 st su

1 ç.q sirkə

Duz

Istiot

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.

Heyvanı yuyub təmizlədikdən sonra dilimləyirik.

Şirin bibəri yuyub təmizlədikdən sonra nazik uzun doğrayırıq.

Pomidoru yuduqdan sonra halqa doğrayırıq.

Əti yuyub qazanın dibinə tökürük. Üstünə duz, istiot, sirkə, kəklikotu töküb qarışdırırıq.

Ətin üstünə doğradığımız soğanı tökürük.

Soğanın üstünə şirin bibəri səpirik.

Bibərin üstünə heyvaları düzürük.

Aralara albuxaranı düzürük.

Çəfərini təmizləyib yuyub xırda doğrayırıq. Heyvanın üstündən cəfərini səpirik.

Sonra halqa doğradığımız pomidorları düzürük.

Suyu zövqə görə duz və istiotu töküb yeməyimizi vam odda 2-2,5 saat bişiririk.

Yemək bişdikdə az suyu qalacaq.

Yeməyimizi qaba çəkib isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments