Ərzaqlar:

1 kq sümüklü qoyun əti

5 ədəd pomidor

5-6 ədəd kartof

5 ədəd baş soğan

2-3 diş sarımsaq (zövqə görə)

1 st su

Duz

Istiot

Hazırlanması:

Soğan və sarımsağın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Pomidoru yuyub qabığını soyub halqa doğrayırıq.

Kartofun qabığını soyub yuduqdan sonra iki bölürük.

Qazana birinci doğranmış soğanla sarımsağı tökürük.

Sonra əti yuyub soğanın üstünə yığırıq.

Ətin üstünə doğranmış kartofları düzürük.

Kartofun üstündən isə pomidor halqalarını düzürük.

Yeməyin üstünə zövqə görə duz və istiot töküb suyunu əlavə edib vam odda 2-2,5 saat bişməyə qoyuruq.

Yeməyin suyu az qaldıqda hazır olacaq.

Yeməyi isti-isti qaba çəkib süfrəyə veririk. Zövqə görə istəsəniz üstünə göyərti doğrayıb tökə bilərsiniz.

Nuş olsun!

Comments

comments