Ərzaqlar:

Böyürtkən

Şəkər tozu

Su

Bankaların ağzına bağlamaq üçün yapışdırıcı

Hazırlanması:

Böyürtkəni təmizləyib yuyuruq.

Bankaya dörd barmaq hündürlüyündə meyvə tökürük.

Hər bankaya 1 stəkandan bir barmaq aşağı şəkər tozu tökürük.(Şəkər tozunu zövqə görə azaltmaq da olar. Çox şirin istəməyənlər 1 armudu stəkan tökə bilərlər)

Su qaynadırıq.Qaynar suyu bankaya əlavə edirik.Qapaqları qaynar suya qoyuruq. Bankanın ağzını qapaqla örtüb yapışdırıcı ilə bağlayırıq. Sonra bankaları çalxalayırıq içindəki şəkər tozu əriyir.

Bankaları adyalın arasına qoyub bükürük.

Soyuyandan sonra bankaları çalxalayıb götürürük.

Nuş olsun! 

Comments

comments