Ərzaqlar:

500-700 q sümüklü ət

3-4 x.q əridilmiş kərə yağı

1 ç.q. pomidor məti

500 q kələm

3 ədəd kartof

2 ədəd kök

2 ədəd baş soğan

1 ədəd qırmızı çuğundur

1 dəstə cəfəri

4-5 ədəd dəfinə yarpağı

Duz

Istiot

Hazırlanması:

Tərəvəzləri təmizləyib yuyuruq. Kartofu 2-4 bölürük.

Kök ilə qırmızı çuğunduru setgəcdən keçiririk. Soğanı xırda doğrayırıq.

Kələmi xırda doğrayırıq.

Cəfərini xırda doğrayırıq.

Sümüklü əti təmizləyib yuyub suda bişməyə qoyuruq. Qaynamağa başlayanda kəfini ylğlrlq. Suyuna normal ölçüdə duz tökürük. Ət olanadək bişiririk. Sonra əti sudan çıxarıb suyunu süzüb yenidən qazana tökürük. Əti də suyuna əlavə edirik.

Su az olsa əlavə su tökməlisiniz. Qazanda 10-12 st maye olmalıdır. Su qaynamağa başladıqda içinə kartofu və kələmi tökürük. Kartof bişənədək yemək qaynayacaq.

Yan tərəfdə isə bu müddət ərzində soğanı yağda qovururuq.

Sonra üstünə çuğundur ilə kökü əlavə edib 10 dəqiqə qovururuq.

Üstünə pomidor mətini (tomat) əlavə edib 5-10 dəqiqə kimi yenə qovururuq. Zövqə görə duz və istiotunu tökürük.

Kartof bişdikdə yağda qovurduğumuz tərəvəzləri yeməyə əlavə edirik. Dəfinə yarpağını da tökürük. Çəfərini də tökürük. Yeməyin duzuna bir daha baxıb zövqə görə duzunu əlavə edirik.

Yemək 10-15 dəqiqə bişdikdən sonra ocaqdan alırıq.

Yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments