Ərzaqlar:

3 ədəd rəngli bibər

150 q toyuğun döş əti

Balaca dəstə göy soğan

2-3 x.q xama

Duz

Istiot

Hazırlanması:

Bibərləri yuyub təmizləyib nazik uzun doğrayırıq.

Toyuğun döş ətini duzlu suda bişiririk. Soyuduqdan sonra nazik uzun hissələrə bölürük.

Soğanı təmizləyib xırda doğrayırıq.

Ərzaqları bir qaba töküb duz və istiot səpib qarışdırırıq.

Sonra xamanı əlavə edirib qarışdırırıq.

Salatımız hazırdır.

Nuş olsun!

Comments

comments