Ərzaqlar:

3 yumurta
2 st un
2 st süd
1 x.q şəkər tozu
1 ç.q duz
3 x.q duru yağ
Bişirmək üçün əlavə duru yağ
(35 ədəd alınır)

Hazırlanması:

Yumurta, duz, şəkər tozu və yağı töküb qarışdırırıq.

Sonra 1 st südü töküb qarışdırırıq.

Unu əlavə edib çalırıq.

Tam qarışdıqdan sonra qalan südü töküb tam qarışanadək çalırıq.

Tavanı isidirik. Az yağ çəkib xəmirdən balaca çömçə tökürük.

Hər iki üzünü bişiririk.

Bu şəkildə xəmir qurtarana kimi bişiririk.

Nuş olsun!

Comments

comments