Ərzaqlar:
1 kq balıq
2-3 x.q un
Duz
Qızartmaq üçün:
Bitki yağı
Hazırlanması:
Balığı təmizlədikdən sonra yuyuruq. Yuyulmuş balığın üstünə zövqə görə duz töküb qarışdırırıq.
Ələnmiş unu düz qaba tökürük.
Duzlanmış balığın hər tərəfini una batırırıq.
Tavaya yağı əlavə edib qazın üstündə qızdırırıq. Una batırdığımız balıqları qızmış yağın içinə yığırıq. Normal odda hər iki üzünü qızardırıq.
Balığı qaba yığıb zövqə görə bəzəyirik.
Qızardılmış balığı süfrəyə verdikdə yanında alça, nar və gilas turşusu qoyulur. (Nar şərab, alça şərabı, turş gilas turşusu ya da şərabı)
Nuş olsun!