Ərzaqlar:

2 kq balıq (ağ balıq ya da sümüyü az olan balıq)

3-4 ədəd kartof

2 ədəd baş soğan

2-3 diş sarımsaq

1 ədəd limon

1 ədəd şirin bibər

3-4 ədəd pomidor

2 dəstə (1 dəstə -keşniş və şüyüd, 1 dəstə-cəfəri)

4-5 x.q zeytun yağı

Duz

İstiot

Hazırlanması:

Balığı təmizləyib yuyub doğrayırıq. Sonra duz, istiot və 1/2 limonu sıxıb yaxşı qarışdırıb sərin yerdə 1-1,5 saat saxlayırıq.

Kartofun qabığını soyub yuduqdan sonra qalınlığı 1 sm halqa doğrayırıq. Pomidoru yuyub qabığını soyub onu da qalın halqa doğrayırıq. Bibəri təmizləyib yuyub halqa ya da adi qaydada doğrayırıq.

Soğanın və sarımsağın qabığını soyub yuduqdan sonra soğanı dörd bölüb nazik doğrayırıq, sarımsağı isə xırda doğrayırıq.

Göyərtiləri də təmizləyib yuyub doğrayırıq.

1-ci qazana balığı tökürük.

2-ci doğranmış soğanın 1/3-ni tökürük.

3-cü doğranmış göyərtinin 1/2-ni tökürük.

4-cü doğranmış kartofu yığırıq.

5-ci qalan soğanın yarısını və sarımsağı səpirik.

6-cı doğranmış bibəri tökürük.

7-ci doğranmış pomidoru düzürük.

8-ci qalan soğanı tökürük.

9-cü qalan göyərtini əlavə edirik.

10-cu isə yeməyin üstünə qalan limonun yarısını sıxırıq, yağı tökürük, zövqə görə duz və istiot səpirik.

Vam odda 1 saata bişiririk. Yeməyin öz suyu çıxacaq. Suyu çəkilib yağa düşmək istəyəndə yeməyimiz hazır olacaq.

Nuş olsun!

Comments

comments