Ərzaqlar:
1 kq balıq (sümüyü az olan), 4 ədəd kartof, 1 ədəd baş soğan, 1-2 ədəd kök, 3 ədəd dəfinə yarpağı, 10 ədəd dənə istiot, 4-5 x.q zeytun yağı, duz, istiot, cəfəri, 2-3 zoğ reyhan (təzə ya da qurudulmuş)

Hazırlanması:

Balığı təmizləyib doğrayıb yuyuruq. Duz istiot vurub qazanın dıbınə yığırıq.Kartofun qabığını soyub yuyub dörd bölüb doğrayıb balığın üstünə əlavə edirik.Soğanı soyub yuduqdan sonra dörd bülüb doğrayırıq. Kartofun üstündən soğanı tökürük.Kökün qabığını təmizləyib yuduqdan sonra dörd doğrayırıq. Doğranmış kökü soğanın üstündən əlavə edirik.Cəfərini təmizləyib yuyub xırda doğrayıb kökün üstündən tökürük.

Bu qayda ilə bir də təkrarlayırıq. Yenə duzlanıb istiotlanmış balıq, kartof, soğan, kök və cəfərini tökürük.Son olaraq reyhanı yuyub yarpaqlarını üstünə düzürük.(Yaxşı olar quru reyhan olsun)Dəfinə yarpağını qoyuruq. İstiotları tökürük. Düz və istiot əlavə edirik və yağı əlavə edirik. 1 stəkan su tökürük və yeməyi normal odda bişməyə qoyuruq.Yeməyin suyu çəkilib yağa düşəndə hazır olacaq.

Nuş olsun!

balıq buğlama hazırlamaq, balıq buğlama necə hazırlanır, 

Comments

comments