Ərzaqlar:

6 ədəd badımcan

5-6 ədəd pomidor

3-4 diş sarımsaq

Balaca dəstə cəfəri

Duz

Istiot

Zeytun yağı

Hazırlanması:

Yuyulmuş badımcanın qabığını ara saxlamaqla soyuruq. Soyulmuş badımcanları qalınlığı 1 sm olmaqla uzunsov doğrayırıq.

Doğradığımız badımcanın üstünə duz səpib 10-15 dəq saxlayırıq.

Sonra sıxıb acı suyunu çıxardıb qurulayırıq.

Tavada çox yağda üstünə az duz və istiot səpib hər iki üzünü qızardırıq.

Pomidoru yuyub halqa doğrayırıq.

Badımcanı qızartdığımız yağda iki üzünü də duz istiot səpib az portürük.

Sarımsağın qabığını soyub yuduqdan sonra xırda doğrayıb yağda az duz səpib pörtürük.

Cəfərini təmizləyib yuduqdan sonra doğrayırıq.

Qazana birinci badımcanı yığırıq. Üstünə cəfəri və sarımsaq səpirk.

Sonra halqa pomidorları düzürük. Yenə sarımsaq və cəfəri səpirik.

Bu qayda ilə yenə təkrarlayırıq.

Vam odda 15 dəqiqə dəm almağa qoyuruq.

Qeyd: Bu yeməyi hazırlayarkən bəzən də pomidor ilə sarımsaq yeməyin arasına pörtülməmiş düzülür. Üstünə isə az su əlavə edilir. Zövqə görə isə cəfəri tökməyə də bilərsiniz.

Nuş olsun!

Comments

comments