Ərzaqlar:
1 ədəd pomidor
1 ədəd tər xiyar
1 ədəd şirin bibər
1 ədəd qırmızı baş soğan
1 ədəd kahı
1/2 limon
3 x.q zeytun yağı
1-2 x.q zirinc(mövsumə uyğun nar dənələri istifadə edilir)
Duz
istiot
Hazırlanması:
Pomidor, bibər və xiyarı yuduqdan sonra balaca dörd künc doğrayırıq.
Qırmızı soğanın qabığını təmizləyib yuduqdan sonra iki yerə bölüb nazik doğrayırıq.
Kahını xırda doğrayırıq.
Doğradığımız pomidor, bibər, xiyar, kahını və zirinci (nar dənələrini) dərin qaba töküb duz, istiot, limon şirəsi və yağ əlavə edib qarışdırırıq.
Nuş olsun!