Ərzaqlar:
Balaca banka konserv olunmuş qarğıdalı
2 ədəd pomidor
2 ədəd balacakahı
1/2 st zeytun (tumsuzhalqa doğranmış)
1 ədəd alma
1/2 ədəd limon
2 x.q zeytun yağı
Duz
Hazırlanması:
Almanın qabığını soyub dilimləyib nazik doğrayırıq.
Doğranmış almanın üstünə limon suyunu töküb qarışdırırıq.
Pomidoru yuyub dörd bölüb nazik doğrayırıq.
Kahını təmizləyib yuyub əlimizlə kiçik hissələrə bölürük.
Doğranmış ərzaqları, yuyulmuş zeytunu və qarğıdalını bir qaba töküb qarışdırırıq.
Qarışığa duz və zeytun yağı əlavə edib yenə qarışdırırıq. Salatı qaba yığıb süfrəyə veririk.
Nuş olsun!