Ərzaqlar:
9 ədəd orta ölçülü alma (turş)
1 ədəd baş soğan
500 q çəkilmiş qoyun ya mal əti
3 x.q əridilmiş kərə yağı
Duz
Istiot
Zövqə görə darçın səpə bilərsiniz
Hazırlanması:
Çəkilmiş ət ilə soğanın qabığını soyub yuyub maşından keçirib qarışdırırıq.
Ətin üstünə 2 x.q əridilmiş kərə yağını əlavə edib qovururuq. Hazır olana yaxın duz və istiotunu əlavə edirik.
Almaları yuyuruq. Arxa hissədən qalınlığı 1 sm olmaqla kəsib içini çıxardırıq.
Bütün almaları bu şəkildə hazırlayırıq. İçinə az duz səpirik.
Hazırladığımız qiyməni almaların içinə yığırıq.
Qaba yığılmış içi doldurulmuş almaların üstünə 1 x.q yağı və 1/3 st suyu əlavə edirik.
180-200 dərəcə qızdırılmış sobada hazır olanadək bişiririk. Almalar bişdikdə dolmamız hazır olacaq.
Alma dolmasını qaba yığıb isti-isti süfrəyə veririk.
Nuş olsun!