Ərzaqlar:

1st mərci, 2 x.q əridilmiş kərə yağı, 1 ç.q un, 1 x.q tomat, 2 ədəd baş soğan, duz, istiot, nanə qurusu (zövqə görə kəklikotu da əlavə etmək olar)

Hazırlanması:

Əvvəlcə mərciməyi təmizləyib yuduqdan sonra isti suda qoyuruq. Mərciməyi suda saxlayanda açılır. Onda şorbamız dənəvarı olmur. Mərciməyi əzmək üçün blenderə və digərlərinə ehtiyac qalmır.  Sonra soğanın qabığını soyub yuyub xırda doğrayırıq.Doğranmış soğana duz və əridilmiş kərə yağını əlavə edib qızılı rəngdə olana qədər qovururuq.

Soğan qovrulan kimi üstünə tomatı əlavə edib 3 dəqiqə qovururuq.

Yuyulmuş mərciməyi və unu qovrulmuş soğanın üstünə töküb 2-3 dəqiqə qovururuq.

Qovurduqdan sonra üstünə 3 st su əlavə edib zövqə görə duzunu töküb bişməyə qoyuruq.

Hazır olmağa 5 dəqiqə qalmış nanə qurusunu səpirik.

Zövqə görə üstünə limon sıxıb, pendiri sürtgəcdən keçirib səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments