Ərzaqlar:

1 kq toyuğun buddibi

4-5 x.q alça turşusu

100-150 q qoz ləpəsi

3 baş soğan

Duz

istiot

2-3 x.q duru yağ

Hazırlanması:

Toyuğun buddibini sümüyündən ayırıb ət maşınından keçiririk.

Üstünə zövqə görə duz və istiot töküb qarışdırırıq.

Sonra şəkildəki kimi yayırıq.

İçlik üçün soğanı təmizləyib, yuyub ət maşınından keçiririk. Sonra sıxıb acı suyunu çıxardırıq.

Çəkilmiş qoz ləpəsini və 3 x.q alça turşusunu əlavə edib qarışdırırıq. Zövqə görə duz və istiot tökürük.

1 x.q turşunu ətin üstünə çəkirik.

İçliyi qoyuruq.

Sonra şəkildəki kimi bükürük.

Falqa kağızına büküb soba qabına qoyuruq.

30 dəqiqə  bişirdikdən sonra üstünü açıb yağı üstünə tökürük.

Yenidən sobaya qoyuruq. Qızaranadək bişiririk.

Bükmə ləvəngimiz hazırdır.

Yeməyi isti isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments