Ərzaqlar:

4 ədəd yuxa
4 ədəd suda bişirilmiş kartof
3 ədəd balaca baş soğan
100 q pendir
1/2 st duru yağ
1 st süd
Duz
İstiot

Üstü üçün:
1 ədəd yumurta
Küncüt
Çörəkotu

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayıb üstünə az duz səpib duru yagdan töküb qızılı rəngdə olanadək qovururuq.

Kartofu əzirik.

Kartofun üstünə sürtgəcdən keçirilmiş pendiri , qovrulmuş soğanı, zövqə görə duz və istiotu töküb qarışdırırıq.

4 ədəd yuxanı hər birini 4 yerə bölürük.

Süd ilə yağı qarışdırıırıq.
Yuxalardan birini götürüb üstünə süddən yayıb içlik qoyub şəkildəki kimi bükürük.

Hamsını bu şəkildə düzəldib soba qabına kağız sərib yığırıq.

Qalan süd qarışığını üstünə çəkirik.

Üstünə yumurta çəkib çörəkotu və küncüt səpirik.

200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments