Ərzaqlar:

2 kq şaftalı
2 kq şəkər tozu
1 stəkan su

Hazırlanması:

Şaftalını təmizləyib yuyuruq.
Qabığını soyub dilimləyirik.

Mürəbbəni bişirəcəyimiz qaba doğranmış şaftalını töküb üstünə şəkər tozu əlavə edirik.
Bir neçə saata suyu çıxacaq. Sonra üstünə suyu əlavə edib bişirməyə qoyuruq.

Qaynamağa başlayanda 3-5 dəqiqə qaynadıb kənara qoyuruq.

1 saat qalır.

Sonra yenidən normal odda qarışdıra-qarışdıra bişiririk. Kəfini yığırıq.

Suyu qatılaşmağa başlayanda götürürük. Qaşığı qaldıranda damcı ağırlaşıb bir damcı ikiyə keçmək istəyəndə götürürük.

Qabda tamam soyuduqdan sonra bankalara yığırıq.

Nuş olsun!

Comments

comments