Ərzaqlar:
1 st bişmiş noxud
3 x.q yumru düyü
2 st qatıq
2 x.q un
6 st su
Küftə üçün:
250 q çəkilmiş ət
1 baş soğan
Duz
İstiot
1 x.q nanə qurusu
2-3 x.q əridilmiş kəərə yağı
Hazırlanması:
Düyünü təmizləyib yuyub üstünə 2 st su töküb bişməyə qoyuruq.
Çəkilmiş ətin üstünə soğanı blenderden keçirib tökürük. Duz və istiot əlavə edib qarışdırırıq.
Balaca küftələr hazırlayırıq.
Düyü bişdikdə üstünə 3 st su əlavə edib qaynayanda noxudu tökürük.
Qatığın üstünə unu və 1 st suyu əlavə edib çalırıq. Qatı olsa yenidən su əlavə edərsiniz.
Sonra düyü suyundan qatığın üstünə əlavə edib 2 çömçə qarışdırıb qaynayan düyü suyuna əlavə edib tez-tez qarışdırırıq.
Yağı istidib üstünə küfdəçikləri töküb qızaranadək bişiririk.
Sonra nanə qurusunu əlavə edibi 1-2 dəqiqə qarışdırıb götürürük.
Hazır küfdəcikləri yeməyə əlavə edib qarışdırırıq.
Zövqə görə duz və istiotunu əlavə edib qarışdırırıq.3-5 dəq qaynadıb götürürük.
Nuş olsun!