
Ərzaqlar:

1 st bulğur
1 ədəd yumurta
1 x.q un
2 st qatıq
9 st su
Duz
2 x.q əridilmiş kərə yağı
1 x.q nanə qurusu
Hazırlanması:
Bulğuru yuyub üstünə 3 st su töküb hazır olanadək bişiririk.
Suyu çəkildikdə 5 st suyu əlavə edirik.

Qatıq, un, yumurta və 1 st suyu çalırıq.


Bulğur bişdikdə çalınmış qatıqdan 2 çömçə alıb qatığın içinə töküb qarışdırırıq.
Sonra onu da töküb qarışdırıb qaynamağa qoyuruq.

Yağı qızdırıb nanəni əlavə edirik 2-3 dəqiqə qarışdırıb yeməyə əlavə edirik.


Zövqə görə duzunu töküb yeməyi ocaqdan alırıq.
İsti-isti qablara yığıb süfrəyə veririk.

Nuş olsun!





























