Ərzaqlar:

800 q yağlı xəmir
200 q hazır bişmiş qiymə
2 ədəd baş soğan
2 x.q əridilmiş kərə yağı
Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən bir dəstə
Duz

Üstü üçün:
1 ədəd yumurta
Çörətotu
Küncüt

Hazırlanması:

Xəmiri soyuducudan çıxardırıq buzu açılır.
Səbzi qovurmanı hazırlamaq üçün. Soğanı yağda az duz səpib qovururuq.

Sonra üstünə təmizlənib yuyulmuş göyərtiləri əlavə edib bişiririk. Duzunu zövqə görə əlavə edirik. Hazır olanda hazır qiyməni töküb qarışdırırıq.

Buzu açılmış xəmiri qaba kağız sərib ikisini yan-yana qoyub yapışdırırıq.

Sonra içliyi töküb yayırıq.

Üstünü şəkildəki kimi bəzəyirik.

Üzünə yumurta çəkib küncüt və çörəkotu səpirik.

200 dərəcə qızmış sobada üzü qızaranadək bişiririk.

Hazır piroqu isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments